Geri

11/05/24

Sən elə bir zirvəsən...


Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Lənkəran Dövlət Universitetində (LDU) bayram ovqatı ilə qeyd edilib. LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə heyəti Lənkəran şəhərinin mərkəzində H.Əliyevin adını daşıyan xatirə parkına gələrək ulu öndərə hörmət və ehtiramlarını bir da bildiriblər. Ümummili liderin abidə kompleksinin önünə təzə-tər çiçəklər düzülüb.
Qeyd edək ki, bu gün LDU-da keçirilən dərslərdə H. Əliyevin həyat və fəaliyyətindən ətraflı söz açılıb, Azərbaycan dövlətçiliyinin qorunmasındakı misilsiz xidmətlərindən, başladığı böyük missiyanın siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, vətənimizin ərazi bütövlüyünün qorunması üçün Ali Baş Komandanın çoxşaxəli fəaliyyətindən, müstəsna rolundan danışılıb.


Sən elə bir zirvəsən...


Mənbə:
Paylaş: