Geri

04/06/24

Türkiyəli müəllimlər LDU-da olub


Türkiyə Respublikası Adıyaman Universitetinin müəllimləri Vahidə Gənçkən və Rabia Özən Uyar Erasmus+ proqramı çərçivəsində Lənkəran Dövlət Universitetinə (LDU) səfər ediblər. Səfər çərçivəsində türkiyəli müəllimlərə LDU ilə ətraflı tanışlıq imkanı yaradılıb, onlar universitetin təhsil həyatı ilə tanış ediliblər, imtahan proseslərini izləyiblər.
LDU ilə əyani tanışlıqdan sonra universitetin rektoru prof.Natiq İbrahimov Adıyaman Universitetinin müəllimləri Vahidə Gənçkən və Rabia Özən Uyarı qəbul edib. Çay süfrəsi arxasında keçən söhbət zamanı LDU ilə qardaş Türkiyə Cümhuriyyətinin universitetləri arasında son illərdə genişlənən əlaqələrdən, birgə həyata keçirilən layihələrdən söz açılıb, əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib.
Sonda prof. Natiq İbrahimov türkiyəli qonaqlara xatirə hədiyyələri təqdim edib. Maraqlı görüş xatirə fotoları ilə yaddaqalan olub.





Türkiyəli müəllimlər LDU-da olub


Mənbə:
Paylaş: