Geri

05/06/24

Tədqiqatçıların VI Beynəlxalq Elmi konfransı keçirilib.


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator, Lənkəran Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində 22 may tarixində yerli və xarici qonaqlarının iştirakı ilə menecment görüşü baş tutmuşdur.
Görüş zamanı REFRESH layihəsinin keyfiyyət planı, iş paketləri üzrə görülmüş və planlaşdırılan işlər, ISCEMR-2024 Konfransında REFRESH layihəsinə həsr olunmuş panelde spikerlərin çıxışı, layihənin təbliğat planı və noyabr ayında Bakıda təşkil olunacaq COP29 tədbirində layihə tərəfdaşlarının iştirak imkanları, həmçinin Azərbaycanın COP-29 tədbirinə ev sahibliyi etməsinin əhəmiyyəti kimi məsələlər müzakirə olunmuşdur.
Eyni zamanda 23 may tarixində Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Regional İnkişaf İctimai Birliyi (RİİB), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransında da iştirak ediblər. Menecment görüşü və konfransda Lənkəran Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin layihələrin idarə olunması üzrə mütəxəssisi Nuri Billurə iştirak edib.

Tədqiqatçıların VI Beynəlxalq Elmi konfransı keçirilib.


Mənbə:
Paylaş: