Geri

14/06/24

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Qurban bayramı münasibəti ilə LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin kollektivinə Təbriki.


İslam dünyasının ən müqəddəs bayramlarından biri də Qurban bayramıdır. Bu bayram humanist dəyərlərə, ali insani hisslərə söykənir, dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzinə çevrilib. Müqəddəs Qurban bayramı münasibətilə Lənkəran Dövlət Universitetinin və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin bütün kollektivini-professor-müəllim-tələbə-işçi heyətini ürəkdən təbrik edir, xoş bayram arzularımı bildirirəm.
Azərbaycan xalqı bu il ilk dəfədir ki, Qurban bayramını tam ərazi bütövlüyü şəraitində, azad olunmuş torpaqlarda- Qarabağda, Şuşada, Xankəndində, Xocalıda, Laçında, Kəlbəcərdə, Zəngilanda qeyd edir. Bu böyük Zəfər sevincini xalqımıza yaşadan şəhid oğullarımızı müqəddəs Qurban bayram günündə bir daha ehtiramla yad edir, ruhunuz şad olsun-deyir, qazilərimizə can sağlığı diləyirəm.
Qoy Qurban bayramı dünyamıza sülh, əmin-amanlıq, firavanlıq, salamatlıq, xoşbəxtlik gətirsin! Süfrələrinizin ruzisi heç zaman əskilməsin. Kəsdiyiniz qurbanlar qəbul, etdiyiniz dualar çin olsun.
Qurban bayramınız mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.
Qeyd edək ki, Qurban bayramı münasibətilə Lənkəran Dövlət Universitetinin bütün kollektivinə-professor-müəllim və işçi heyətinə pul mükafatları verilib.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Qurban bayramı münasibəti ilə LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin kollektivinə Təbriki.


Mənbə:
Paylaş: