Geri

20/09/24

LDU-da COP 29-la bağlı tədbir keçirilib


Lənkəran Dövlət Universitetində (LDU) COP 29-la bağlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Biologiya və ekologiya kafedrasının dosenti Qorxmaz Ağayev “İqlim dəyişmələri təsirlərinin ölkə (milli) və bölgə miqyasında azaldılması və yumşaldılması təşəbbüsləri” mövzusunda çıxış edərək iqlim dəyişmələrinin qlobal miqyasda fəsadları, o cümlədən, Azərbaycanda və bölgəmizdə hiss olunan təsirləri, iqlim dəyişmələri təsirlərininin azaldılması və yumşaldılması istiqamətində ölkəmizin milli siyasəti, Azərbaycanda və bölgəmizdə görülən işlər, LDU-da iqlim dəyişmələri ilə mübarizə çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti, tədqiqat araşdırmaları üzrə qarşıda duran prioritet məsələlər və s. barədə ətraflı söhbət açıb.
“Coğrafiya və onun tədrisi metodikası” kafedrasının müdiri, dos. Sənan Əzizov “Əhalinin gələcəyi naminə Yaşıl enerjidən istifadənin əhəmiyyəti” mövzusundakı çıxışında ölkəmizdə Yaşıl enerjidən (Su elektrik stansiyaları, külək elektrik stansiyaları, geotermal enerjdən) istifadənin potensial ehtiyatlarından söhbət açıb, bunlardan istifadənin gələcəkdə atmosferə karbon tullantılarının azaldılmasına kömək edəcəyini bildirib. Bu istiqamətdə dövlət səviyyəsində genişmiqyaslı tədbirlərin həyata keçirdiyini, işğaldan azad olunmuş ərazilərdə 10000 kv. kilometr ərazinin Yaşıl enerji zonası elan olunduğunu müsbət addım kimi dəyərləndirib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


LDU-da COP 29-la bağlı tədbir keçirilib


Mənbə:
Paylaş: