Geri

25/10/24

LDU tələbələri Baytarlıq Elmi-Tədqiqat İnstitutunda kliniki-təcrübə dərsləri keçir


16 sentyabr 2024-cü il tarixindən Lənkəran Dövlət Universitetinin “Baytarlıq” fakültəsinin “Baytarlıq təbabəti” ixtisası üzrə təhsil alan V tədris ili tələbələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda kliniki - təcrübə dərsləri keçir.
Ötən müddət ərzində tələbələr institutun bütün laboratoriyaları ilə yaxından tanış olublar. İlkin təcrübəyə tələbələr institutun "Quş xəstəlikləri şöbəsi" laboratoriyasından başlayıblar. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Quş xəstəlikləri şöbəsinin müdiri, istehsalat təcrübəsinin rəhbəri, aqrar.e.ü.f.d., dosent Mirzəmməd Həsənov tələbələrə innovativ texnologiyaların tətbiqi olaraq fittobiotik təsirli bitkilərin müxtəlif infeksion xəstəliklərinə qarşı müalicə-profilaktika üsulları, quşlarda kliniki müayinələr, patanatomik yarmanın aparılmasına dair elmi-praktiki təcrübə dərsləri keçir, praktik məşğələlər aparır.
LDU-nun V tədris ili tələbələrinin hal-hazırda da institutun Arı və balıq xəstəlikləri, Baytarlıq Klinikası və heyvanların infeksion yoluxucu xəstəlikləri, Yoluxmayan daxili xəstəliklər, Parazitologiya, Quş xəstəlikləri, Virusologiya və Baytarlıq preparatlarının istehsalı və nəzarəti şöbələrində 2024-2025-ci tədris planına uyğun olaraq kliniki-təcrübə dərslərinin keçirilməsi davam edir.
Qeyd edək ki, tədris planına əsasən 16 sentyabr tarixindən baslanan təcrübə 15 həftə nəzərdə tutulur.

LDU tələbələri  Baytarlıq Elmi-Tədqiqat İnstitutunda kliniki-təcrübə dərsləri keçir


Mənbə:
Paylaş: