Geri

02/11/24

LDU “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də təmsil olunub.


Noyabrın 1-də Əl-Fərabi adına Qazax Milli Universitetində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə keçirilən “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”-də Lənkəran Dövlət Universiteti də iştirak edir.
Sammitə Azərbaycanın 8 aparıcı ali təhsil müəssisəsindən biri kimi qatılan LDU-nu universitetin rektoru, prof. Natiq İbrahimov, Elm və innovasiya məsələləri üzrə prorektor, dos. Elvin Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq dil mərkəzinin rəhbəri Ülviyyə Mirzəyeva təmsil edirlər.
Sammit çərçivəsində Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti Asiyanın və Qazaxıstanın bir çox nüfuzlu ali təhsil müəssisələrinin rəsmiləri ilə görüşüb, ikili əməkdaşlığa dair fikir mübadiləsi edilib. Əl-Fərabi adına Qazax Milli Universitetinin rəhbərliyi ilə keçirilən görüşdə hər iki ali təhsil müəssisəsinin gələcək əlaqələrinin perspektivləri müzakirə olunub və qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd edilib. Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov sammitdəki həmkarlara LDU-nun son illərdəki elm və təhsil uğurlarından, genişlənən beynəlxalq əlaqələrindən, təhsilin modernləşdirilməsi istiqamətində görülən işlərdən, maddi bazanın yenilənməsindən və qarşıdakı perspektivlərdən söz açıb.

LDU  “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də təmsil olunub.


Mənbə:
Paylaş: