Geri
Rektor Qazaxıstandan olan tələbələri qəbul edib
Lənkəran Dövlət Universiteti Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Dövlət Universiteti ilə 2023-cü ildən əməkdaşlıq edir və bu əməkdaşlıq müqaviləsinə əsasən 2024/2025-ci tədris ilinin yaz semestrində iki qazaxıstanlı tələbə təhsillərini 1 semestrlik Lənkəran Dövlət Universitetində davam etdirirlər.
Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov təhsillərini LDU-da davam etdirəcək həmin tələbələrlə görüşüb.Səmimilik şəraitində keçən görüş zamanı prof. Natiq İbrahimov Qazaxıstan və Azərbaycan dövlətləri arasında olan dostluq əlaqələrindən, LDU nümayəndə heyətinin Qazaxıstana səfərlərindən, dost ölkənin ali təhsil ocaqları ilə bağlanan qarşılıqlı əməkdaşlıq müqavilələrindən, bu ilin martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş “dəyirmi masa”da müzakirə olunan məsələlərdən söz açıb. Rektor qazaxıstanlı tələbələrin Lənkəran Dövlət Universiteti ilə bağlı təəssüratları, qayğı və ehtiyacları ilə maraqlanıb. Qazaxıstanlı tələbə Sabina Ualıyeva LDU-ya gəlişlərindən, təhsillərini burda 1 semestr də olsa davam etdirəcəklərindən məmnun olduğunu bildirib. Diana Abdraşeva burada təhsil almağın tələbələr üçün çox maraqlı ola biləcəyini qeyd edib. Tələbələr dərslərin ingilis dilində tədris olunduğunu və əksər müəllim və tələbələrin rus və ingilis dilini bildiklərindən hər hansı çətinliklə üzləşmədiklərini deyiblər. Söhbət əsnasında qazaxıstanlı tələbələr artıq Azərbaycan dilini də öyrənməyə başladıqlarını bildirərək onlara yaradılan şəraitə, diqqətə və görüşə görə rektor, prof. Natiq İbrahimova minnətdarlıq bildiriblər.
Sonda xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, rektor Natiq İbrahimov qazaxıstanlı tələbələrə LDU-nun təsis etdiyi təqaüdün verilməsi haqqında əmr imzalayıb.
In english
Rector receives
students from Kazakhstan
Lankaran State University has been cooperating with Atyrau
State University named after Khalel Dosmukhamedov of Kazakhstan since 2023, and
under this cooperation agreement, two Kazakh students will continue their
education at Lankaran State University for 1 semester in the spring semester of
the 2024/2025 academic year.
Rector of Lankaran State University, Prof. Natig Ibrahimov
met with those students who will continue their education at LSU. During the
meeting, which was held in a cordial atmosphere, Prof. Natig Ibrahimov spoke
about the friendly relations between the states of Kazakhstan and Azerbaijan,
the visits of the LSU delegation to Kazakhstan, the mutual cooperation
agreements concluded with higher education institutions of the friendly country,
and the issues discussed at the “round table” dedicated to “Expanding
cooperation in higher education between Azerbaijan and Kazakhstan” at ADA
University on March 4 of this year. The Rector was interested in the
impressions, concerns and needs of Kazakh students about Lankaran State
University. Kazakh student Sabina Ualiyeva expressed her satisfaction with
their arrival at LSU and that they would continue their studies here for at
least 1 semester. Diana Abdrasheva noted that studying here could be very
interesting for students. The students said that the classes were taught in
English and that they did not face any difficulties since most of the teachers
and students knew Russian and English. During the conversation, the Kazakh
students expressed their gratitude to the rector, prof. Natig Ibrahimov, for
the created conditions, attention and meeting.
At the end, commemorative photos were taken.
It should be noted that the rector Natig Ibrahimov signed
an order on granting scholarships established by LSU to Kazakh students.