Geri
06/03/25
8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun LDU-da və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecdə çalışan xanım əməkdaşlara və tələbə qızlara Təbriki
8 Mart Beynəlxalq Qadınlar Günü bayramların ən gözəlidir. Qadın anadır, bacıdır, evlərimizin yaraşığı olan qızlarımızdır. Qadın həm də bu gün cəmiyyətin aparıcı qüvvəsidir-alimdir, müəllimdir, həkimdir, mühəndisdir, şairdir-bir sözlə, yaradıcı, qurucu insandır. Qadın hər şeydən əvvəl- anadır! Ana tanrının, yaradılışın şah əsəridir. Bütün ziyalıları, dahiləri ana dünyaya gətirir, böyüdür, tərbiyə edir. Bu, dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq!
Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlarda qadınlarımızın rolu danılmazdır. Olkəmizə Zəfər sevincini yaşadan oğulları dünyaya gətirən, böyüdüb tərbiyə edən Azərbaycan qadını-sən təkcə bayram günündə yox, ilin bütün günlərində ən xoş sözlərə, təbriklərə, alqışlara layiqsən!
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan qadını dövlətin idarə olunmasında fəal iştirak edir, qanunverici orqanlarda təmsil olunur, idman arenalarında Azərbaycan bayrağını şərəflə dalğalandırır, sosal-iqtisadi, ictimai- siyası sahələrdə böyük uğurlara imza atır.
LDU-da və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecdə yüzlərlə qadın işçi, müəllim, alim çalışır, tələbələrimizin böyük əksəriyyətini qızlar təşkil edir. Qazandığımız uğurlarda onların payı danılmazdır. Buna görə də bayram günündə hamınıza minnətdarlıq bildirirk, əziz xanımlar!
Bu gün sizin gününüzdür. 8 Mart sizin bayramınızdır. Bu xoş gün münasibətilə ilk növbədə şəhid analarını, xanımlarını, doğmalarını, həmçinin LDU-da və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecdə çalışan xanım əməkdaşları-işçiləri, müəllimləri, tələbə qızlarımızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı bildirirəm.
Bayramınız mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru.
Mənbə: