Geri
8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib
Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. LDU-nun rektoru, professor Natiq İbrahimovun
universitetin və LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin xanım əməkdaşlarına
və tələbələrinə bayram təbrikini LDU-nun sosial məsələlər üzrə prorektoru Ramiz
Şəmmədov təqdim edib. Təbrikdə 8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə
ekskursiya edilib, Azərbaycan qadınının ölkənin ictimai-siyası həyatında artan
rolundan söz açılıb, Lənkəran Dövlət Universitetinin əldə etdiyi uğurlarda
universitetdə çalışan xanım əməkdaşların böyük əməyinin olduğu qeyd edilib,
onlara minnətdarlıq bildirilib, xoş
bayram arzuları çatdırılıb.
Sonra
LDU-nun və kollecin ictimai həyatında yaxından iştirak edən, fəallıqları ilə
seçilən qadın əməkdaşların bir qrupuna universitet rəhbərliyi tərəfindən hədiyyə,
tədbirdə iştirak edən bütün xanımlara çiçəklər təqdim edilib.
Bayram
tədbirində 8 Mart Qadınlar Günü ilə bağlı hazırlanmış video-rolik nümayiş
etdirilib.
Şux
mahnı və rəqslərdən ibarət konsert proqramı bayrama xoş ovqat qatıb,
iştirakçılara bayram əhval-ruhiyyəsi və sevinc bəxş edib.
Qeyd
edək ki, 8 Mart Qadınlar Günü münasibəti ilə LDU-da çalışan bütün xanım əməkdaşlara
pul mükafatları verilib.