Geri

13/03/25

Elmi şuranın növbəti iclası keçirilib


Lənkəran Dövlət Universitetinin Elmi şurasının növbəti iclası keçirilib. Elmi şuranın sədri, LDU-nun rektoru, prof. Natiq İbrahimov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi şurada müzakirə edilən ilk məsələ “2024/2025-ci tədris ilinin yaz semestrində tədrisin gedişi. I kollokviumlara hazırlığın vəziyyəti” olub. Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib. Məlumatda ayrı-ayrı fakültələr və ümumilikdə universitet üzrə kollokviumlara hazırlığın gedişi əksini tapıb. Məlumatda bildirilib ki, qiyabi təhsilalma forması üzrə tələbələr 01 fevral- 06 mart 2024-cü il tarixədək 5 həftəlik istehsalat təcrübəsində olmuşlar. Bakalavriat səviyyəsi üzrə əyani təhsilalma formasında 37 ixtisas qrupundan 17- ixtisasda 20 həftə, 11 ixtisas qrupunda 14 həftə, 8 ixtisas qrupunda 4 həftə, 1 ixtisasda isə 34 həftə nəzərdə tutulmuşdur. 20 həftəlik və 4 həftəlik təcrübədə olan tələbələrin təcrübə müddəti 04 iyulda, 14 həftəlik təcrübələr isə 23 may 2025-ci il tarixində yekunlaşacaqdır. Magistratura səviyyəsində 2-ci tədris ili tələbələri 17 fevral-14 mart 2025-cü il tarixinədək elmi-pedoqoji təcrübədə iştirak etmişlər. Elmi tədqiqat təcrübəsi 01 aprel -28 aprel tarixlərinədək nəzərdə tutulur. Z. Məmmədov qeyd edib ki, 2024/2025-ci tədris ilinin yaz semestrində I kollokviumlar əyani təhsilalma forması üzrə 02.04.205-ci il tarixində başlanacaq və 12.04.2024-cü il tarixinədək davam edəcəkdir. İkinci kollekviumların isə 5-17 may tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur.
Elmi şuranın gündəliyinə çıxarılan ikinci məsələ - “LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2024/2025-ci tədris ilinin yaz semestrinin gedişi” barədə məlumatı kollecin tədris işləri üzrə direktor müavini Həbib Həbibi təqdim edib. Məlumatda kollecdə bu istiqamətdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, kollecdə I tədris ili II kurs kredit qrupları üzrə Aqrar və Texnoloji şöbədə 13 qrup, Sosial şöbədə isə 9 qrupda tədris davam etməkdədir. Tədris planına uyğun olaraq müvafiq cədvəllər hazırlanmış, təsdiq edilmiş və 17 fevral 2025-ci il tarixindən etibarən icrasına başlanmışdır. Ümumilikdə kollec üzrə buraxılış kurslarının 16 qrupu təcrübəyə, 4 qrupu isə nəzəri təlimə cəlb olunmuşdur. Bu qruplarda nəzəri təlim 17 fevral 2025-ci il tarixindən başlayaraq 30 may 2025-ci il tarixinədək, təcrübə isə 17 fevral 2025-ci il tarixindən başlayaraq 4 iyul 2025-ci il tarixinədək davam edəcəkdir. Kollec üzrə kredit qruplarında 07 aprel 2025-ci il tarixindən 18 aprel 2025-ci il tarixlərindək 1-ci kollekviumlar, 12 may 2025-ci il tarixindən 23 may 2025-ci il tarixinədək 2-ci kollekviumların keçirilməsi planlaşdırılır.
Universitetdə sosial sahədə görülən işlərin hesabatını Sosial məsələlər üzrə prorektor vəzifəsini icra edən dos.Ramiz Şəmmədov təqdim edib.
“Azərbaycan müəllimi” qəzetində dərc olunan elana əsasən seçkilərin keçirilməsi və “Elmi və tədris-metodiki şurada baxılan işlərin müzakirəsi” ilə bağlı Baş elmi katib-aparat rəhbəri dos. Allahşükür Quliyevin məlumatı dinlənilib. Universitetdə boş olan seçkili vəzifələrə seçim gizli səsvermə yolu ilə keçirilib.
Elmi şurada cari məsələlərə də baxılıb və müzakirə olunan bütün məsələlər barədə qərar qəbul edilib.
Elmi şuranın növbəti iclası keçirilib


Mənbə:
Paylaş: