Geri
19/03/25
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Novruz bayramı münasibəti ilə universitet və LDU nəzdində Sosial-Aqrar Texnoloji Kollecin kollektivinə Təbriki.
Əziz tələbələr, hörmətli professor-müəllim heyəti, dəyərli LDU ailəsi!
Xalqımızın ən gözəl milli bayramı olan Novruz əsrlərdir ki, insanlara bahar, bayram ovqatı bəxş edir, yenilənən təbiətlə birgə arzularımız, ümidlərimiz də təzələnir, yaşamaq, yaratmaq, qurmaq həvəsimiz artır, bahar təravəti, hərarəti qəlblərimizi isidir.
Novruz yeni gün, yeni arzular, yeni ovqat deməkdir. Mən ilk öncə hamınıza məhz bu ovqatı-Bahar,bayram, Novruz əhval-ruhiyyəsi arzulayıram. Xalqımızın, millətimizin tərəqqisi naminə daima bayram ovqatında çalışaq, mübarizə aparaq, yaradaq, quraq, Azərbaycanımızın adını yüksəklərə qaldıraq.
Torpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərimizin xatirəsini bu əziz bayram günlərində bir daha ehtiramla yad edir, ruhları şad olsun!-deyirəm. Şəhid ailələrinin üzvlərini, qazilərimizi, Azərbaycançılıq məfkurəsi ətrafında, milli həmrəylik amalı ilə sıx birləşən bütün soydaşlarımızı, LDU ailəsini, Sosial-Aqrar Texnoloji Kollecin kollektivini elimizin ən əziz, gözəl- gəlişi ilə təbiətə hərarət, təravət, könüllərə sevinc, şuxluq gətirən Novruz-Bahar bayramı münasibəti ilə ürəkdən təbrik edir, dünyamıza əmin-amanlıq, evlərinizə ruzi-bərəkət, hər birinizə möhkəm can sağlığı, şəxsi həyatlarınızda və elmi fəaliyyətlərinizdə uğurlar arzulayıram.
Novruz bayramınız mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.
Mənbə: