Geri
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Ramazan bayramı münasibətilə LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar- Texnoloji Kollecin tələbə, müəllim və işçi heyətinə Təbriki
Əziz tələbələr, hörmətli professor-müəllim-işçi heyəti!
On bir ayın sultanı, müsəlman dünyasının ən əziz bayramı olan Ramazan insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aydır.
Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, bu gün dyiqincə qoruyub saxlayır, o cümlədən, Ramazan bayramını hər il xüsusi təntənə ilə qeyd edir.
Bu əziz günlərdə Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin müqəddəs xatirəsini bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə cansağlığı diləyirəm.
Çox şükür ki, xalqımız Ramazan ayını şükranlıq duyğuları və könül xoşluğu ilə yola salır. Bütün xalqımızı, o cümlədən, LDU ailəsini, universitetin nəzdindəki Sosial və Aqrar- Texnoloji Kollecin kollektivini bu mübarək bayram münasibətilə ürəkdən təbrik edir, sevinc, səadət, xoş bayram ovqatı, əhval-ruhiyyəsi, süfrələrinizə ruzi-bərəkət, dünyamıza, xalqımıza salamatlıq, firavanlıq, əmin-amanlıq arzulayıram. Allah orucunuzu qəbul etsin!
Ramazan bayramınız mübarək!