Geri

07/04/25

Lənkəran Dövlət Universitetində zona fənn olimpiadası keçirilib


Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 05.04.2025-ci il tarixində Lənkəran Dövlət Universitetində fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadası keçirilib. Keçirilən olimpiadada Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.
Bilik yarışmasına qatılan 600-ə yaxın şagird seçdikləri fənnlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırıblar. Olimpiada qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək və onlara LDU-nun fəxri-fərman, diplom və hədiyyələri təqdim olunacaq. Bilik yarışmasının nəticələri ilə bağlı LDU-nun rəsmi web saytında və facebook səhifəsində məlumat veriləcək.
Xatırladaq ki, LDU-da zona fənn olimpiadaları son 8 ildə ənənəvi olaraq hər il keçirilir.

In english

A zonal subject Olympiad was held at Lankaran State University

A zonal subject Olympiad was held at Lankaran State University on 05.04.2025, jointly organized by Lankaran State University and Lankaran-Astara Regional Education Department, in physics, mathematics, informatics, chemistry, biology and geography. Students of grades IX-XI of secondary schools of Jalilabad, Masalli, Yardimli, Lankaran, Astara and Lerik districts participated in the Olympiad.

About 600 students who participated in the knowledge competition answered 3 open-ended questions in their chosen subjects in writing within 2 hours and 30 minutes. An award ceremony will be held for the winners of the Olympiad and they will be presented with honorary orders, diplomas and gifts from LSU. Information about the results of the knowledge competition will be provided on the official website and Facebook page of LSU.

It should be noted that zonal subject Olympiads have been traditionally held at LSU every year for the last 8 years.

Lənkəran Dövlət Universitetində zona fənn olimpiadası keçirilib


Mənbə:
Paylaş: