Geri

21/04/25

LDU-nun tələbələri Türkiyədə istehsalat təcrübəsindədir


Lənkəran Dövlət Universitetinin (LDU) “Baytarlıq” fakültəsinin “Baytarlıq” ixtisasının V tədris ilinin 3 tələbəsi fevral ayından Türkiyənin Qafqaz (Qars) Universitetinə 3 ay müddətinə istehsalat təcrübəsi keçmək üçün göndərilib. Hal-hazırda tələbələrimiz qruplara ayrılaraq dörd fərqli sahədə-baytarlıq cərrahiyyəsi, süni mayalanma, yoluxmayan daxili xəstəliklər, mamalıq və ginekologiya sahələrində istehsalat təcrübəsində iştirak edirlər.

İstehsalat təcrübəsində tələbələr müxtəlif xəstəliklərin laborator müayinəsi, yoluxmayan daxili xəstəliklərin müayinə və müalicəsi, heyvanlar üzərində cərrahi əməliyyatların aparılması, süni mayalanma və embrionun transplantasiyası işinin təşkili və tətbiqi, eyni zamanda doğum və ginekologiya sahəsində bilik və təcrübələrini zənginləşdirirlər.

In english

LSU students are undergoing practical training in Türkiye.

3 students of the 5th academic year of the “Veterinary” specialty of the “Veterinary” faculty of Lankaran State University (LSU) have been sent to Qafqaz (Kars) University in Turkey for a 3-month practical training since February. Currently, our students are divided into groups and are participating in practical training in four different fields - veterinary surgery, artificial insemination, non-communicable internal diseases, obstetrics and gynecology.

During practical training, students are involved in laboratory examination of various diseases, examination and treatment of non-communicable internal diseases, performing surgical operations on animals, organizing and implementing artificial insemination and embryo transplantation, and at the same time enriching their knowledge and experience in the field of obstetrics and gynecology.

LDU-nun tələbələri Türkiyədə istehsalat təcrübəsindədir


Mənbə:
Paylaş: