Geri

21/04/25

LDU-da miqrasiya ilə bağlı maarifləndirici seminar keçirilib


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsi ilə birgə maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev açaraq görüşün məqsəd və məramı barədə məlumat verib.

Dövlət Miqrasiya Xidmətinin Lənkəran regional miqrasiya idarəsinin bölmə rəisi Zamiq Kərimov və inspektor Nicat Bayramov regionda miqrasiya sahəsində hüquqi maarifləndirmə tədbirlərinin səmərəliliyinin artırılması, o cümlədən, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə LDU-nun tələbə və müəllimləri ilə yanaşı burada təhsil alan əcnəbi tələbələr, professor-müəllimlər iştirak ediblər.


In english

LSU held an educational seminar on migration

An educational event was held at Lankaran State University (LSU) jointly with the Lankaran Regional Migration Department of the State Migration Service of the Republic of Azerbaijan. The event was opened by LSU Vice-Rector for Science and Innovation, Assoc. Prof. Elvin Aliyev, who gave an introductory speech and provided information about the goals and objectives of the meeting.

Zamig Karimov, Head of the Lankaran Regional Migration Department of the State Migration Service, and Inspector Nijat Bayramov spoke about the work done to increase the efficiency of legal educational activities in the field of migration in the region, including improving the quality of services provided to foreigners and stateless persons, and the tasks ahead. At the end, questions of interest to the participants were answered.

In addition to students and teachers of LSU, the meeting was attended by foreign students, professors and teachers studying here.

 LDU-da miqrasiya ilə bağlı maarifləndirici seminar keçirilib


Mənbə:
Paylaş: