Geri

21/04/25

Müsabiqənin seçim turunda LDU tələbələri uğurla çıxış ediblər


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının Lənkəran Dövlət Universitetində seçim turu keçirilib.

Musabiqənin seçim turuna Lənkəran Dövlət Universitetini təmsil edən tələbələr 15 nömrə ilə qatılıblar. İştirakçılar müxtəlif musiqi alətlərində ifalar təqdim edib, musiqi parçaları, mahnılar və şeirlər səsləndiriblər.

Qeyd edək ki, yarışmanın münsiflər heyətinə daxil olan xalq artisti Gülyanaq Məmmədova LDU-da olan seçim turunda iştirak edib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının nümayəndələrindən ibarət münsiflər heyəti təqdim olunmuş nömrələrin əksəriyyətini bəyənib.

In english

LSU students successfully performed in the selection round of the competition

The selection round of the artistic creativity competition-festival dedicated to the 102nd anniversary of the birth of the National Leader Heydar Aliyev, jointly organized by the Ministry of Science and Education of the Republic of Azerbaijan and the Free Trade Union of Education Workers of Azerbaijan, was held at Lankaran State University.

Students representing Lankaran State University participated in the selection round of the competition with 15 numbers. The participants performed on various musical instruments, sang musical pieces, songs and poems.

It should be noted that People's Artist Gulyanag Mammadova, who was included in the jury of the competition, participated in the selection round at LSU. The jury consisting of representatives of the Free Trade Union of Education Workers of Azerbaijan approved most of the presented numbers.


Müsabiqənin seçim turunda LDU tələbələri uğurla çıxış ediblər


Mənbə:
Paylaş: