Geri

21/04/25

Enactus LDU komandası üçün müsahibə mərhələsi yekunlaşıb


Lənkəran Dövlət Universitetində fəaliyyətə başlayacaq Enactus LDU komandası üçün təşkil olunan müsahibə mərhələsi başa çatıb. Xatırladaq ki, Enactus – "Entrepreneurial Action for Us" ifadəsinin qısaltması olaraq, gəncləri sahibkarlıq bacarıqları vasitəsilə cəmiyyətə faydalı və davamlı dəyişikliklər etməyə təşviq edən qlobal bir platformadır. Dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən Enactus tələbələrin sosial məsuliyyət daşıyan layihələr vasitəsilə liderlik və innovasiya bacarıqlarını inkişaf etdirməsini hədəfləyir.

3 gün ərzində davam edən müsahibələr zamanı tələbələr öz kreativ ideyalarını, təşəbbüskarlıqlarını və komandaya qatmaq istədikləri dəyərləri nümayiş etdiriblər. Müsahibənin nəticələri yaxın günlərdə açıqlanacaq.

In english

The interview phase for the Enactus LSU team has ended

The interview phase organized for the Enactus LSU team, which will start operating at Lankaran State University, has ended. Let us recall that Enactus – an abbreviation for "Entrepreneurial Action for Us" – is a global platform that encourages young people to make beneficial and sustainable changes to society through entrepreneurial skills. Operating in more than 30 countries around the world, Enactus aims to develop students' leadership and innovation skills through socially responsible projects.

During the 3-day interviews, the students demonstrated their creative ideas, initiative and the values they want to bring to the team. The results of the interview will be announced in the near future.


Enactus LDU komandası üçün müsahibə mərhələsi yekunlaşıb


Mənbə:
Paylaş: