Geri

28/04/25

TKTA rəhbərliyinin iştirakı ilə LDU-da görüş keçirilib


25 aprel 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovun rəhbərliyi ilə Agentliyin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları Lənkəran Dövlət Universitetində (LDU) görüş keçiriblər.
Görüşdə LDU-nun rektoru, professor Natiq İbrahimov, fakültə dekanları, professor-müəllim və inzibati heyət, həmçinin Tələbə Elmi Cəmiyyətinin nümayəndələri iştirak edib.
Görüşün keçirilməsində məqsəd sözügedən ali təhsil müəssisəsində (ATM) tələbəyönümlü tədrisin təşkili ilə bağlı cari vəziyyətlə tanışlıq və proqram üzrə akkreditasiya qiymətləndirilməsinin ötən ilki nəticələri, cari il üzrə hazırlıq səviyyəsinin müzakirəsi olub.
Çıxışında universitetlərlə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə toxunan Tural Əhmədov region ATM-lərində keyfiyyət təminatının inkişafı və tələbəmərkəzli yanaşmanın təşviqi baxımından bu kimi səfərlərin davamlı olmasının vacibliyini qeyd edib.
Görüş çərçivəsində tədris prosesində tələbələrin aktiv iştirakı, qərarvermə və keyfiyyət təminatı proseslərinə cəlb olunmaları, eləcə də effektiv dəstək xidmətlərinin təşkili mövzularında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ATM-lər TKTA tərəfindən həyata keçirilən bu kimi səfərlərin ali təhsil sistemində keyfiyyət təminatı mədəniyyətinin möhkəmləndirilməsinə töhfə verdiyini bildirir.

TKTA rəhbərliyinin iştirakı ilə LDU-da  görüş keçirilib


Mənbə:
Paylaş: