Geri
05/05/25
LDU-da elmi seminar keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) “Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi torpaqlarından deportasiyası: tarixi gerçəkliklər və müasir yanaşma” mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə LDU-nun “Tarix-coğrafiya və incəsənət” fakültəsinin dekanı dos. Afaq Qasımova açaraq Qərbi azərbaycanlıların son bir neçə əsr ərzində ata-baba yurdlarında üzləşdikləri deportasiyalar barədə məlumat verib, soydaşlarımızın geri qayıdışı prosesində gənclərin rolunun önəmindən danışıb.
“Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri dos. Kamal Mahmudov “Azərbaycanlıların tarixi torpaqlarından, Qərbi Azərbaycandan deportasiyası”, dos. Emin Məlikov “Ermənilər tərəfindən azərbaycanlılara qarşı keçirilən soyqırımlar”, universitetin magistrantı Aydan Əlizadə “Qərbi Azərbaycan: tarixi haqqımız və mədəni irsimizin müdafiəsi” mövzularında məruzə və çıxış ediblər. Çıxışlarda Qərbi Azərbaycan reallıqlarının çatdırılmasında universitetlərin rolundan bəhs edilib, tələbələrin bu həqiqətlərin dünyaya çatdırılması prosesində fəal olmasının vacibliyi vurğulanıb.
Mənbə: