Geri
12/05/25
LDU-da “İrsə Səfər: 102 ilin izində” mövzusunda intellektual yarış keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “İrsə Səfər: 102 ilin izində” adlı intellektual yarışa yekun vurulub.
İki mərhələdə keçirilən intellektual yarışda 12 komanda iştirak edib. Komandaların iştirakçıları müxtəlif elm sahələri, o cümlədən, milli dövlətçiliyimizin tarixi ilə əlaqədar bilik bə bacarıqlarını nümayiş ediblər. Olduqca gərgin keçən bilik yarışmasında “Ceteris Paribus” komandası 1-ci, “One Minute” 2-ci, “Viktoriya” 3-cü yeri tutub. Qalib komandalar diplom və medallarla təltif olunub.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd tələbələrin Ümummilli lider Heydər Əliyevin zəngin irsi ilə bağlı biliklərinin nümayişi, gənclər arasında milli dəyərlərin təbliği və intellektual bacarıqlarının inkişaf etdirilməsidir.
Mənbə: