Geri

15/05/25

TEC-in elmi seminarları keçirilib


Lənkəran Dövlət Universitetinin Elmi hissəsi ilə birlikdə müəyyən edilmiş icra planına uyğun olaraq Tələbə Elmi Cəmiyyətinin (TEC) 2024-2025-ci tədris ili üçün Universitetin ayrı-ayrı fakültələri üzrə Elmi seminarları keçirilib. Seminarlar “Elmi tədqiqat işlərindən sonra nəticələrin şərh edilməsi, tezis və məqalələrin hazırlanması və təqdim olunması” mövzusuna həsr olunub. Keçirilmiş seminarda fakültə dekanları, fakültənin professor-müəllim heyəti, Tələbə Elmi Cəmiyyətinin universitet üzrə sədri, fakültə sədrləri, üzvləri iştirak ediblər.
TEC-in fakültə sədrləri seminarın mövzusu və fəaliyyət istiqaməti haqqında məlumatları tədbir iştirakçılarına çatdırıblar. Aqrar və mühəndislik fakültəsi üzrə fakültə dekanı dos. Balayar Şahbazov və dekan müavini dos. Vüsalə Muradova, Baytarlıq fakültəsi üzrə “Baytarlıq və zoomühəndislik elmləri” kafedrasının müdiri dos. Rəhim Bilalov, Tələbə Elmi Cəmiyyətinin fakültə üzrə sədri Səyyar Ağazadə, Təbiyyat fakültəsi üzrə “Fizika, kimya və biologiya” kafedrasının dosenti Qorxmaz Ağayev, Tarix-coğrafiya və incəsənət fakültəsi üzrə fakültə dekanı dos. Afaq Qasımova, “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının dosenti Gülnarə Məmmədova, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin fakültə üzrə sədri dos. Fərid Xankişiyev, Filologiya və ibtidai təhsil fakültəsi üzrə “Azərbaycan dili və ədəbiyyat” kafedrasının professoru Abid Tahirli məruzə ilə çıxış edərək mövzu istiqamətində, elmi tədqiqat işinin nəticələrinin şərh edilməsi, eləcə də tezis və məqalələrin hazırlanması qaydaları, tədqiqat işinin nəticələrinin təqdim olunması formaları haqqında ətraflı məlumat veriblər. Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
TEC-in elmi seminarları keçirilib


Mənbə:
Paylaş: