Geri
23/05/25
LDU-da elmi infosessiya keçirilib
Lənkəran
Dövlət Universitetində (LDU) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı
ilə “Süni
intellektlə elmi tədqiqatların effektiv təşkili: “Scopus AI” alətinin imkanları” mövzusunda infosessiya
keçirilib. Tədbiri LDU-nun Elm və innovasiya məsələləri üzrə
prorektoru dos. Elvin Əliyev açaraq infosessiyanın olduqca vacib mövzuya həsr
olunduğunu, tədqiqatçılar üçün böyük önəm daşıdığını deyib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı
Nərminə Abdullayeva iştirakçılara “Scopus” elmmetrik bazasından səmərəli
istifadə, “Scopus AI” süni intellekt alətinin imkanları ilə bağlı ətraflı məlumat
verib. Əhatəli ədəbiyyat və kvartillər üzrə jurnal axtarışı strategiyaları, tədqiqat
trendləri, istinadlar, qurum və müəllif profilləri və tədqiqat təsirlərinin təhlili,
“Scopus AI” aləti vasitəsilə tədqiqat prosesinin sürətləndirilməsi və vaxta qənaət,
etibarlı və aktuallığı təsdiqlənmiş mənbələrə əsaslanaraq tədqiqat keyfiyyətinin
artırılması və s. barədə danışıb.
Sonda iştirakçıları maraqlandıran suallar
cavablandırılıb. Elmi tədqiqat fəaliyyətilə məşğul olanlar üçün tanışlıq məqsədi daşıyan infosessiyada LDU-nun
professor-müəllim heyəti ilə yanaşı gənc tədqiqatçılar, magistrant, doktorant, dissertantlar iştirak ediblər.
Mənbə: