Geri
27/05/25
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun 28 May-Azərbaycanın Müstəqillik Günü münasibətilə Təbriki
Əziz həmvətənlər, Lənkəran Dövlət Universitetinin və universitetin nəzdindəki Sosal və Aqrar-Texnoloji kollecin tələbələri, professor- müəllim, işçi heyəti!
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik respublikanın- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günü Azərbaycan tarixinin şərəf salnaməsidir. Qürurverici haldır ki, bu gün xalqımız 28 May Müstəqillik Gününü qalib xalq kimi, ərazisinin düşmən tapdağından tam azad olunduğu şəraitdə qeyd edir. Bu gün üçrəngli bayrağımız doğma Qarabağda – Şuşada, Xankəndində, Ağdamda, Zəngilanda-bütün Azərbaycan ərazisində əzəmətlə dalğalanır.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib. AXC-nin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları, irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edib. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı.
Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Müstəqillik Gününü güclü və müstəqil Azərbaycanda Zəfər sevinci ilə qarşılayırıq. II Qarabağ savaşında, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun qazandığı böyük qələbə sayəsində 30 il düşmən tapdağında qalmış əzəli torpaqlarımız geri qayıdıb, ərazi bütövlüyümüz təmin olunub. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətin gücünün göstəricisidir.
Bizə Zəfər sevincini yaşadan qəhrəman şəhidlərimizi bayram günündə bir daha ehtiramla yad edir, ruhları şad olsun!- deyirik.
28 May-Azərbaycanın Müstəqillik Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, xalqımıza əmin-amanlıq, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə bu yolda əzmkarlıq, vətənimizə firavanlıq, rifah, sülh və tərəqqi arzulayıram.
Müstəqillik Gününüz mübarək!

Mənbə: