Geri
27/05/25
LDU-da regional olimpiada qalibləri mükafatlandırılıb
Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə LDU-da 5 aprel 2025-ci il tarixində fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə keçirilən zona fənn olimpiadası qaliblərinin bu gün mükafatlandırılma mərasimi keçirilib.
LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev tədbirdəki çıxışında bildirib ki, keçirilən olimpiadada Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin 600-ə yaxın IX-XI sinif şagirdləri iştirak edib. Bilik yarışmasına qatılanlar arasında 23 şagird I, II və III yerlərə layiq görülüb. Dos. Elvin Əliyev qalibləri LDU-nun rektoru, prof. Natiq İbrahimovun adından təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzu edib.
Sonra qaliblərin mükafatlandırılması keçirilib. Bilik yarışmasının qalibləri medal, diplomlarla təltif edilib, onlara xatirə hədiyyələri verilib.
Xatırladaq ki, LDU-da zona fənn olimpiadaları son 8 ildə ənənəvi olaraq hər il keçirilir.

Mənbə: