Geri
18/06/25
LDU-ya ünvanlanan təbrik mesajları
Hörmətli Natiq müəllim!
Lənkəran Dövlət Universitetinin dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinq sistemlərindən biri olan “Times Higher Education” dünya reytinq siyahısında yer alması xəbəri məni qəlbən sevindirdi. “THE Impact Rankings” reytinqində əldə etdiyiniz bu möhtəşəm uğurun sevincini sizinlə, kollektivinizlə paylaşmaq çox xoşdur. Bundan bir lənkəranlı kimi qürur və şərəf duyuram. Bu böyük nailiyyət münasibətilə şəxsən sizi, sizin simanızda rəhbərlik etdiyiniz bütün LDU kollektivini səmimi qəlbdən təbrik edirəm.
Lənkəran Dövlət Universitetinin son illərdə əldə etdiyi uğurlar hamımızı, o cümlədən, bir rayon rəhbəri kimi məni ürəkdən sevindirir. LDU kollektivinə daha böyük uğurlar arzu edir, bunu Lənkəranın təhsil, mədəni həyatında böyük nailiyyət kimi dəyərləndirir, davamlı olacağına inanıram.
Hörmətlə:
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, sizin və LDU- nun yaxın dostu Taleh Qaraşov.

Mənbə: