Geri

19/06/25

LDU-nun “Enactus” komandası liderlər sırasındadır


Lənkəran Dövlət Universitetinin “Enactus” komandası 13-15 iyun tarixlərində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə keçirilən “Enactus Çempionlar Liqası Simulyasiya Düşərgəsi” çərçivəsindəki yarışda yüksək nəticə göstərib. LDU-nun “Enactus” komandası 18 ali təhsil müəssisəsinin komandaları arasında IIl yerə layiq görülərək “Enactus Azərbaycan” milli yarışına vəsiqə qazanıb.
Xatırladaq ki, “Enactus” proqramının əsası 1975-ci ildə ABŞ-da qoyulub. Bu beynəlxalq platforma biznesin müsbət gücündən istifadə edərək daha yaxşı və davamlı gələcək qurmağa çalışan tələbələri, alimləri və biznes liderlərini bir araya gətirmək məqsədinə xidmət edir. Hazırda “Enactus” dünyanın 35-dən çox ölkəsində fəaliyyət göstərən geniş və fəal qlobal şəbəkədir.

LDU-nun “Enactus” komandası  liderlər sırasındadır


Mənbə:
Paylaş: