Geri
17/07/25
Lənkəran Dövlət Universiteti “QS Stars” audit qiymətləndirilməsində 3 ulduza layiq görülüb.
Lənkəran Dövlət Universiteti (LDU) daha bir beynəlxalq uğura imza ataraq, dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 3 ulduz ilə qiymətləndirilib.
Həmçinin, LDU 3 kateqoriya üzrə: "Tədris (Teaching)", "Məşğulluq (Employability)" və "Yaxşı idarəetmə (Good Governance)" sahələri üzrə ən yüksək qiymətləndirmə olan 5 ulduza layiq görülüb. “İnfrastruktur (Facilities)” və “Ətraf mühitə təsir (Environmental Impact)” üzrə 4 ulduz, “Elmi tədqiqat (Research)” və “Qlobal əməkdaşlıq (Global Engagement)” üzrə 3 ulduz, “İncəsənət sahəsində fəaliyyət (Art)” və “Müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, equity and inclusion)” üzrə 1 ulduzla qiymətləndirilib. Bu sahələr universitetin əsas prioritetlərini əks etdirir və onun beynəlxalq standartlara cavab verdiyini bir daha təsdiqləyir.
Qeyd edək ki, “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif fəaliyyət sahələrini (tədris, tədqiqat, məşğulluq, beynəlmiləlləşmə və s.) qiymətləndirən beynəlxalq reytinq sistemidir. Bu sistem vasitəsilə universitetlər özünün güclü və zəif tərəflərini müəyyənləşdirmək imkanı əldə edir, həmçinin onların qlobal səviyyədə tanınması, təcrübələrinin paylaşılmasına şərait yaranır.
LDU rəhbərliyi bu uğurun qazanılmasında əməyi olan Universitetin bütün professor-müəllim, tədris, elmi və inzibati heyətə, tələbələrə dərin təşəkkürünü bildirir. LDU gələcəkdə bu uğuru daha da inkişaf etdirərək, beynəlxalq reytinq sistemlərində daha böyük nailiyyətlərə imza atmağı hədəfləyir, növbəti illərdə daha yüksək nəticələr əldə etməyi qarşısına vacib bir məqsəd kimi qoyur.

Mənbə: