Geri

27/09/25

Sizləri kimsə unutmaz!


Lənkəran Dövlət Universitetində (LDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Sizləri kimsə unutmaz” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü, Vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. LDU-nun 11 şəhid məzununun xatirəsinə həsr edilmiş videoçarx nümayiş edilib.

LDU-nun yaradıcı tələbələrinin ifasında “Sizləri kimsə unutmaz!” tamaşa-kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə tələbələrin vətənpərvərlik, qəhrəmanlıq, şəhidlik mövzusunda çəkdikləri rəsm əsərləri nümayiş etdirilib.

Sizləri kimsə unutmaz!


Mənbə:
Paylaş: