Geri

02/10/25

Elmi şurada tədrisin gedişi müzakirə olunub


Lənkəran Dövlət Universitetində (LDU) keçirilən növbəti Elmi şuranı universitetin rektoru, Elmi şuranın sədri prof. Natiq İbrahimov açıb. Rektor gündəliyin müzakirəsinə keçməzdən əvvəl şura üzvlərini və universitetin bütün pedaqoji kollektivini qarşıdan gələn 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, iş-ailə həyatlarında, elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, bayram münasibətilə universitetin bütün əməkdaşları pul mükafatları ilə dəyərləndirilib.
Gündəlikdə duran məsələlərin təsdiqindən sonra müzakirələrə başlanılıb. Müzakirə olunan ilk məsələ- “2025/2026-cı tədris ilinin I semestrində tədrisin gedişi. Kollokviumlara hazırlığın vəziyyəti” olub. Bu barədə Tədris işləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verərək vəziyyətin qənaətbəxş olduğunu deyib, hazırlıq işlərinin tezliklə sonlarılacağını şura üzvlərinin diqqətinə çatdırıb.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini icra edən dos. Ramiz Şəmmədov “Yeni tədris ilində universitetin yataqxanalarının vəziyyəti” barədə məlumatında tələbə yataqxanalarında mövcud vəziyyətdən, tələbələrə yaradılan əlverişli şəraitdən, amma buna baxmayaraq həm qızlar, həm də oğlanlar üçün olan yataqxanalarda boş yerlərin qalmasından söz açıb, fakültə dekanlarına, tələbə təşkilatlarına bu sahədə birgə işin vacibliyini diqqətə çatdırıb.
Universitetin struktur bölmələri üzrə “Əsasnamə”lərin yenilənməsi haqqında məlumatı Baş elmi katib dos. Allahşükür Quliyev təqdim edib.
Elmi şura iclasında bir sıra cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.

Elmi şurada tədrisin gedişi  müzakirə olunub


Mənbə:
Paylaş: