Geri
Azad Mirzəcanzadə inkişaf proqramı LDU-da növbəti infosessiya keçirib
Tədbir
çərçivəsində Azad Mirzəcanzadə inkişaf proqramının üçüncü dalğasının məlumat
sessiyası (infosessiya) təşkil edilib. Görüş zamanı iştirakçılara proqramın məqsədi,
mərhələləri və gənclərə təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib. Proqramın
layihə meneceri İradə Zeynalova bildirilib ki, Azad Mirzəcanzadə inkişaf
proqramı Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin liderlik,
innovasiya və layihə idarəçiliyi bacarıqlarını inkişaf etdirməyə yönəlmiş bir təşəbbüsdür.
Proqram iştirakçılara öz ideyalarını reallaşdırmaq, sosial və texnoloji layihələr
yaratmaq imkanı yaradır.
İnfosessiyada
Lənkəran Dövlət Universitetinin tələbələri fəal iştirak edib, diskussiya zamanı
maraqlı təkliflər irəli sürüblər. Qeyd edək ki, proqramın ikinci dalğasının
qalibləri arasında Lənkəran Dövlət Universitetinin tələbələri — Nuray Əliyeva və
Ramal Əsgərov da yer alıb.