Geri

06/11/25

LDU-da psixoloji mövzuda maarifləndirici təlim keçirilib


Lənkəran Dövlət Universitetində( LDU) Univerisitet həyatına uyğunlaşmanın psixoloji aspektləri” mövzusunda psixoloji təlim keçirilib. Təlimçi- universitetin Pedaqoika, psixologiya və incəsənət kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Ləman Verdiyeva birinci tədris ili tələbələrinə yeni tədris mühitinə, şəhərə, kollektivə və müəllimlərə uyğunlaşma prosesində qarşılaşdıqları akademik, sosial və emosional çətinliklər barədə ətraflı söz açıb. Psixoloq tələbələrə yeni mühitdə yaranan psixoloji gərginlik və stress hallarını necə azaltmaq, özünəinamı və sosial aktivliyi gücləndirmək vasitələri, həmçinin dərs motivasiyasını artırmaq yolları barədə geniş məlumat verib.
Təlimin gedişində vurğulanıb ki, profilaktiki, maarifləndirici tədbirlər tələbələrin psixoloji gərginliyinin azalmasına, adaptasiyanın daha rahat keçməsinə və akademik nəticələrin yaxşılaşmasına müsbət təsir göstərir. Tələbələrin universitetdə və ölkə miqyasında aktiv ictimai fəallıqlarının, təşəbbüskarlıqlarının onların ünsiyyət bacarıqlarını, komanda ruhunu və sosial çevrəsini inkişaf etdirdiyini deyən dos. Ləman Verdiyeva kollektiv işin tələbələrin özlərini daha rahat ifadə etmələrinə yaxşı təsir göstərdiyini xüsusi vurğulayıb.
Təlimdə LDU-nun təhsildə sosial psixoloji xidmət ixtisasının IV tədris ili tələbələri Nigar Rəhimli və İlkin Kəlbiyev təhsil aldıqları illər ərzində qazandıqları təcrübə və nailiyyətlər barədə təəssüratlarını ibirinci kurs tələbələri ilə bölüşüblər.
LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsini icra edən dos.Ramiz Şəmmədov çıxışında təlimin olduqca aktual mövzuya həsr olunduğunu və tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib, təlimçiyə mövzunun qoyuluşuna, maraqlı açıqlamasına, şərhinə görə minnətdarlıq edib, tələbələrə tövsiyələrini verib.
Filologiya və ibtidai təhsil fakültəsinin dekanı dos.Elman Mirzəyev, Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dos.Afaq Qasımova mövzu ətrafında çıxış ediblər.
LDU-da psixoloji mövzuda maarifləndirici təlim keçirilib


Mənbə:
Paylaş: