Geri

27/09/19

LDU-da tibbi mövzuda maarifləndirici seminar keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) ”Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası” mövzusunda maarifləndirici seminar keçirilib. LDU-nun professor-tələbə -müəllim heyətinin qatıldığı profilaktik seminarı təbiyyat fakültəsinin dekanı , dosent Ramiz Şəmmədov açıb və iştirakçılara seminarın mövzusu barədə açıqlama verib.

“Şəkərli diabet xəstəliyi:profilaktikası, müalicəsi və reabililitasiyası” mövzusunda biologiya və tibbi biliklər kafedrasının müəllimi Gülmayə Əkbərovanın məruzəsi dinlənilib.

Məruzədən sonra kimya və biologiya müəllimliyi ixtisasının II tədris ili tələbələri Şəfa Məmmədova və Naibəxanım Məliklinin hazırladıqları videoçarx nümayiş olunub.

Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri.

LDU-da tibbi mövzuda maarifləndirici seminar keçirilib.


Mənbə:
Paylaş: