Geri

27/09/19

Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti Azərbaycan müəllimlərinin XV qurultayında iştirak edib.


Noyabrın 28-də Bakı Konqres Mərkəzində işinə başlayan Azərbaycan müəllimlərinin XV qurultayında Lənkəran Dövlət Universitetini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Qeyd edək ki, qurultayda ümumtəhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən çox nümayəndə iştirak edib.

Qurultay Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb.

Qurultayda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddətdə təhsil sistemində reallaşdırılmış tədbirlər və islahatlar müzakirə olunub, qarşıda duran yeni vəzifələr müəyyənləşdirilib.

Həmçinin , qurultayda "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması", "Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği", "Ali təhsil: mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar" mövzularında panel müzakirələr aparılıb.

Xatırladaq ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib.


 Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti Azərbaycan müəllimlərinin XV qurultayında iştirak edib.


Mənbə:
Paylaş: