Geri

27/09/19

LDU kollektivi ulu öndər Heydər Əliyevin anım mərasimində iştirak edib.


Bu gün Azərbaycan xalqının böyük oğlu, ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümüdür. Qədirbilən xalqımız onun həyatında silinməz iz buraxmış dahi oğlunun xatirəsini bu gün də ehtiramla yad edib.

Ölkənin hər yerində olduğu kimi, Lənkəranda da, ulu öndərin anım mərasiminə minlərlə insan qatılıb.Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti başda universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov olmaqla dahi öndərin adını daşıyan xatirə parkına gələrək abidə kompleksini ziyarət edib, önünə təzə-tər payız çiçəkləri, qərənfillər düzüb.

Həmçinin bu gün universitetdə keçirilən ilk dərslərdə Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətinin tarixində oynadığı misilsiz rolu, xalqın mənafeyi naminə gördüyü işlər, ölkədə elm və təhsilin inkişafına verdiyi töhfələr barədə tələbələrə ətraflı söz açılıb.

 LDU kollektivi ulu öndər Heydər Əliyevin anım mərasimində iştirak edib.


Mənbə:
Paylaş: