Geri

31/03/21

LDU əməkdaşlıq əlaqələrini genişləndirir.


Lənkəran Dövlət Universiteti (LDU) ilə Belarusiyanın Baranoviç Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi sənədlər dövriyyəsi vasitəsilə (onlayn) imzalanmışdır. Bu müqavilədə iki universitet arasında birgə elmi-tədqiqatların aparılması, akademik, təhsil, ictimai və mədəni fəaliyyətlərdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Müqavilə 5 il müddətinə qüvvədə qalacaqdır.

LDU əməkdaşlıq əlaqələrini  genişləndirir.


Mənbə:
Paylaş: