Geri

27/09/19

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun LDU kollektivinə yeni il təbriki.


Dəyərli həmvətənlər!

Hörmətli professor-müəllim heyəti!

Əziz tələbələr!

Hamınızı yeni-2019-cu il və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ürəkdən təbrik edirəm.

Bu gün böyük fəxrlə deyə bilərik ki, yola saldığımız 2018-ci il Azərbaycan xalqı üçün əlamətdar hadisələrlə, möhtəşəm yeniliklərlə yaddaqalan oldu.Xalqımız bu il elliklə Şərqin ilk demokratik respublikasının-Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini böyük təntənə ilə bayram etdi.

2018-ci il , həmçinin bizim üçün-Lənkəran Dövlət Universitetinin kollektivi üçün də olduqca əlamətdar hadisələrlə zəngin oldu.Başa çatmaqda olan il LDU tarixinə inkişaf, tərəqqi, yüksəliş ili kimi möhrünü vurdu.Bu ildə universitet kollektivinin birgə səyi ilə çox uğurlara imza ata bildik.İllərin qovuşağında bu uğurların bir neçəsinin sevincini sizlərlə yenidən bölüşmək istəyirəm.

LDU-da respublika təhsilində ilk dəfə olaraq turizm tədris-təcrübə bazasının yaradılması, xaricdən ən müasir standartlara cavab verən 4 yeni tədris-təcrübə laboratoriyasının alınaraq quraşdırılması, yeni sitrus və çay plantasiyasının salınması, II tədris korpusunda hər cür şəraiti olan yeməkxananın istifadəyə verilməsi, yeni 130 yerlik tələbə yataqxanasının və əlavə tədris korpusunun inşasına start verilməsi, tədris avadanlıqlarının və informatika texnologiyalarının yenilənməsi ürəkaçan yeniliklərimizdəndir.

Yola saldığımız il LDU üçün həm də elmi uğurlarla yaddaqalan oldu.Lənkəran Dövlət Universitetinin il ərzində bir neçə möhtəşəm beynəlxalq konfranslara, simpoziumlara, respublika konfranslarına ev sahibliyi etməsi,tələbə, magistr, doktorant-dissertant hazırlığındakı yenilklər, gənc tədqiqatçı alimlərimizin ölkə və beynəlxalq səviyyəli elmi tədbirlərdə, konfrans və seminarlarda uğurlu iştirakı başa çatmaqda olan ilimizin qürurverici notlarıdır.Bu gün qürurla deyə bilərik ki, Lənkəran Dövlət Universiteti ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri olmağa iddialıdır.Beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyimiz uğurlar belə deməyə əsas verir.2018-ci ildə LDU dünyanın tanınmış universitetləri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri bağlayıb, tələbə-müəllim mübadiləsini həyata keçirilib, bir çox müəllimlərimiz ölkə xaricindəki universitetlərdə seminar və mühazirələr, məşğələlər aparıb.Gənc tədqiqatçıların, universitetin professor-müəllim heyətinin dünyanın nüfuzlu elmi jurnallarında elmi məqalələr dərc etdirməsində də müsbət irəliləyiş əldə olunub.

Mən əminliklə deyə bilərəm ki, qarşıdan gələn 2019-cu ildə də LDU kollektivi mehriban bir ailə kimi fəaliyyətini davam etdirərək daha böyük uğurlara imza atacaq.Bu yolda hamınıza nailiyyətlər, möhkəm can sağlığı, yeni ilimizdə xoş ovqat və gözəl bayram əhval-ruhiyyəsi arzulayıram.Qoy yeni-2019-cu il bütün ailələrə sevinc, fərəh, bolluq, firavanlıq, dünyamıza sülh və əmin-amanlıq gətirsin!

Yeni iliniz mübarək!

Natiq İbrahimov

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun LDU kollektivinə yeni il təbriki.


Mənbə:
Paylaş: