Geri

15/04/21

LDU ilə Türkiyənin Kars Kafkas Universiteti arasında onlayn dərslərə start verilib.


Lənkəran Dövlət Universiteti (LDU) qardaş Türkiyə Cümhuriyyətinin universitetləri ilə təhsil əlaqələrini genişləndirir. Belə universitetlərdən biri də LDU-nun 2017-ci ildən əməkdaşlıq etdiyi Kars Kafkas Universitetidir.Bu gün əməkdaşlıq edən bu universitetlər arasında ilk dəfə olaraq onlayn dərslərə start verilib. KOVİD-19 pandemiyasına görə Microsoft Teams platforması üzərindən onlayn yayımlanan dərsə hər iki universitetdən professor-müəllim heyəti, aqrar ixtisaslarda təhsil alan tələbələr qoşulub.

LDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Zaur Məmmədov universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun salamlarını tədbir iştirakçılarına çatdırıb və belə dərslərin davamlı olmasının vacibliyini qeyd edib. Kars Kafkas Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Hacəli Nəcəfoğlu da çıxışında mövcud pandemiya səbəbindən onlayn keçirilən tədbirin müsbət əhəmiyyətini yüksək qiymətləndirərək bunun tələbələrin hazırlıq səviyyələrinə , elmi və təcrübi biliklərinin, praktik vərdişlərinin yüksəlməsinə xidmət etdiyini bildirib.

Kars Kafkas Universitetinin Baytarlıq fakültəsinin professoru İsa Özaydın Baytarlıq 3-cü tədris ili tələbələrinə Baytarlıq Cərrahiyəsi-1 fənnindən «Yeni doğulmuş buzovlarda tendon problemi və onların cərrahiyəsi» mövzusunda geniş məruzə edib.Slaydlarla müşayiət edilən məruzədə elmin son nailiyyətlərinə istinad edilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb. Lənkəran Dövlət Universitetinin Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən dosent Elvin Əliyev, Aqrar və mühəndislik fakültəsinin dekanı , dosent Balayar Şahbazov, dosent Rəhim Bilalov məruzə ətrafında fikirlərini bildiriblər..

Sonda professor İsa Özaydın sualları cavablandırıb.

Qeyd edək ki, məruzə mətni və slaydlar tələbələrin elektron ünvanlarına göndəriləcək.

LDU ilə Türkiyənin  Kars  Kafkas  Universiteti arasında onlayn dərslərə start verilib.


Mənbə:
Paylaş: