Geri

11/05/21

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Ramazan bayramı münasibətilə Təbriki.


Hörmətli həmkarlar,Lənkəran Dövlət Universitetinin bütün kollektivi-professor- müəllim-işçi heyəti,əziz tələbələr!

Hamınızı Müsəlman dünyasının ən müqəddəs bayramlarından olan , on bir ayın sultanı - Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir,könül xoşluğu,süfrələrinizə ruzi-bərəkət,ailələrinizə firavanlıq,dövlətimizə əmin-amanlıq, sülh , süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Ramazan bayramı ona görə müqəddəs sayılır ki,müsəlmanların dini kitabı olan Qurani-Kərim məhz bu mübarək ayda nazil olub.Ramazan ilahi hikmətlər,barış, əmin-amanlıq,xeyirxahlıq ayıdır.Orucluq mərasimləri hər il ölkəmizdə humanizmin,birlik və bərabərliyin təntənəsinə çevrilir. Bu ilki Ramazan bayramı həm də Zəfər ovqatlıdır.Xalqımızın uğurla çıxdığı Vətən savaşında bizim universitetin də məzunları, tələbələri, işçiləri şərəflə döyüşdülər.Aralarında şəhid olanlar, qazi kimi qayıdanlar var.

Bu əziz bayram günündə ilk öncə şəhid ailələrinin üzvlərini, vətən yolunda sağlamlığını itirənləri, həmçinin, LDU ailəsinin bütün üzvlərini ürəkdən təbrik edir, xoş bayram ovqatı, əhval-ruhiyyəsi arzulayıram.

Ramazan bayramınız mübarək!

Lənkəran Dövlət Universitetinin rektoru, professor  Natiq İbrahimovun Ramazan bayramı münasibətilə  Təbriki.


Mənbə:
Paylaş: