Geri

06/10/21

“Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Adlı Erasmus+ Layihəsi çərçivəsində rektorların ilk görüşü keçirilib


04 oktyabr 2021-ci il tarixində Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində rektorların ilk görüşü keçirilib.

Tədbirdə layihə konsorsiumun üzvü olan universitetlərin rektorları və Azərbaycan Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov iştirak edib. Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimovun da qatıldığı görüşdə Layihənin koordinatoru Gülşən Bayramova müsahibə üçün hazırlanan sualları rektorlara təqdim edib.

Müsahibə zamanı maraqlı fikirlər və təkliflər irəli sürülüb. Universitetlərdən dəvət olunmuş rektorlar öz təcrübələrinə əsaslanaraq maraqlı müzakirələr aparıblar.

“Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Adlı Erasmus+ Layihəsi çərçivəsində rektorların ilk görüşü keçirilib


Mənbə:
Paylaş: