Geri

05/11/21

Zəfər şəhidi - Fərid Ərəstun oğlu Əsgərov


Zəfər bayramı ərəfəsində Lənkəran Dövlət Universitetinin şəhid məzunu Fərid Əsgərovun xatirəsini ehtiramla yad edirik.

Fərid Əsgərov 1996-cı il mayın 21-də Neftçala rayonunun Qaçaqkənd kəndində hərbiçi ailəsində anadan olub. Lənkəran Dövlət Universitetinin İngilis dili fakültəsində təhsil alıb. 2017-ci və 2018-ci illərdə Beyləqan ərazisində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən sonra Bakıda mühafizə idarəsində çalışıb. O, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb, oktyabrın 3-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək igidliklər göstərib. Noyabrın 4-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Zəfər şəhidi - Fərid Ərəstun oğlu Əsgərov


Mənbə:
Paylaş: