Geri

18/11/21

LDU-da ekoloji mövzuda maarifləndirici seminar keçirilib.


Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə əlaqədar Lənkəran Dövlət Universitetində maarifləndirici seminar keçirilib.

Təbiyyat fakültəsi tələbələrin qatıldığı seminar COVİD-19 pandemiyası şərtlərinə uyğun təşkil edilib.

Seminarda LDU-nun “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Qalib Əmənov “Azərbaycan Respublikasında şirin su ehtiyatları, oların qorunması və səmərəli istifadə olunması yolları haqqında” geniş məruzə edib.

Məruzə ətrafında genişlənən diskussiyada tələbələri maraqlandıran suallar cavablandırılıb, onların mövzu ilə bağlı fikir və mülahizələri dinlənilib. Tədbirdə LDU TEC-nin üzvü olan tələbələrin çıxışları maraqla qarşılanıb.

LDU-da ekoloji  mövzuda  maarifləndirici seminar  keçirilib.


Mənbə:
Paylaş: