Geri

16/12/21

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında əlaqələr genişlənir.


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecinin müəllim və tələbələrinin bir qrupu Lənkəran Dövlət Universitetində və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecdə olublar.

Qonaqlar ilk öncə LDU-nun rektoru, prof. Natiq İbrahimovla görüşüblər. Professor Natiq İbrahimov son illərdə bu iki təhsil müəssisəsi arasında yaranan əməkdaşlıqdan, onun səmərəli nəticələrindən söz açıb, qonaqlara LDU-da və kollecdə təhsilin modernləşdirilməsi istiqamətində görülən işlərdən, əldə edilən nəticələrdən söz açıb, qarşıdakı planlardan, həllini gözləyən məsələrdən, onların birgə həllindən danışıb.

Yaradıcılıq səfəri çərçivəsində ADMİU nəzdində Humanitar Kollecin müəllim və tələbələri LDU nəzdində nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin kollektivi qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsert proqramında əsasən vətənpərvərlik mövzusunda musiqi nömrələri yer alıb.

Tədbirin sonunda Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov maraqlı və zəngin repertuara, gözəl ifalara görə direktor Nərmin Qaralova başda olmaqla kollecin müəllim və tələbələrinə təşəkkürünü bildirib, belə yaradıcı görüşlərin hər iki tərəf üçün səmərəli olduğunu vurğulayıb.

Öz növbəsində ADMİU- nun nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova da səmimi qarşılanmaya və qonaqpərvərliyə görə LDU-nun rəhbərliyinə minnətdarlıq edib, belə yaradıcı görüşlərin bundan sonra da davam edəcəyini deyib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə  Lənkəran Dövlət Universiteti arasında əlaqələr genişlənir.


Mənbə:
Paylaş: