Geri

28/12/21

LDU Kafkas (Kars) Universiteti ilə əlaqələrini genişləndirir.


Kafkas (Kars) Universitetinin prorektoru, professor Engin Kılıç, Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, professor Hacəli Nəcəfoğlu, Baytarlıq fakültəsinin dekan müavini, professor Cihan Kaçar, həmin fakültənin professoruYavuz Öztürklər Lənkəran Dövlət Universitetində (LDU) olublar.

LDU-nun rektoru, professor Natiq İbrahimov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı, burada son illərdə təhsilin modernləşdirilməsi istiqamətində aparılan islahatlar, maddi-texniki bazanın yenilənməsi və s. barədə ətraflı məlumat verib. Qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil ocaqları ilə son illərdə genişlənən əlaqələrdən danışan rektor Natiq İbrahimov bu əlaqələrin daha da genişləndirilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

Kafkas(Kars) Universitetinin prorektoru, professor Engin Kılıç, rektor, professor Hüsnü Kapunun salamlarını LDU-nun rektoru, professor Natiq İbrahimova çatdıraraq səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Baytarlıq klinikasının yaradılmasına kadr dəstəyi verəcəklərini deyib.

Söhbət zamanı birgə kadr hazırlığı, müəllim və tələbə mübadiləsi, ortaq konfransların keçirilməsi, ikili elmi rəhbərlərin təyin olunması, müvafiq ixtisaslar üzrə ikili diplomların təsisi, LDU-da Baytarlıq klinikası açılması və növbəti semestrdən başlayaraq professor müəllim heyətinin 1 və ya 2 semestrlik LDU-da dərs keçmələri haqqında razılığa gəlinib. Görüşün sonunda xatirə hədiyyələri təqdim edilib.

Səfər çərçivəsində qonaqlar LDU-nun Aqrar və mühəndilsik fakültəsinin müəllim və tələbələri ilə görüşüblər. Diskussiya şəraitində keçirilən görüşdə fikir və rəylər dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

LDU Kafkas (Kars) Universiteti ilə əlaqələrini genişləndirir.


Mənbə:
Paylaş: