Geri

29/12/21

LDU-da Yeni il karnavalı-foto-reportaj


Lənkəran Dövlət Universitetinin(LDU) geniş Akt zalında 31dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2022-ci il münasibəti ilə möhtəşəm “Yeni il karnavalı” keçirilib. LDU-nun nəzdində fəaliyyət göstərən Sosial və Aqrar Texnoloji Kolleclə birgə keçirilən bayram tədbirini Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb və bütün iştirakçılara xoş bayram arzularını çatdırıb.Universitet rəsmisi başa çatmaqda olan ilin yekunlarından, 2022-ci ildə qarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Yeni il tədbirində 2021-ci ildə universitetin və kollecin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən tələbələrə “Təşəkkürnamə”lər təqdim edilib.

Şaxta baba və Qar qızın qonaq olduğu “Yeni il karnavalı” şux , şaqraq mahnılar, oynaq rəqslərlə yaddaqalan olub, iştirakçılara xoş bayram əhval ruhiyyəsi bəxş edib. Bir neçə saat davam edən karnavalda Lənkəran Dövlət Universitetinin , Sosial və Aqrar Texnoloji Kollecin müəllim və tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər. Yeni il karnavalı saz musiqisinin sədaları altında iştirakçıların ifasında “Yallı” rəqsi ilə sona çatıb.

Tədbirin yekununda professor Natiq İbrahimov karnavalın təşkilatçılarına,maraqlı musiqi nömrələri ilə çıxış edən gənc istedadlara minnətdarlıq bildirib.

LDU-da Yeni il karnavalı-foto-reportaj


Mənbə:
Paylaş: