Geri

12/04/22

Təbrik edirik!


Bu gün Lənkəran Dövlət Universitetində (LDU) 2021-2022-сi tədris ilinin payız imtahan sessiyasının nəticələrinə görə uğur qazanan və həmkarlar ittifaqı fəalı olan tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) “Adlı təqaüd”ləri təqdim edilib.
Mükafatların təqdimetmə mərasimində Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru ,dos. İdrak Əsgərov, LDU Həmkarlar Komitəsinin sədri Vaqif Quliyev çıxış edərək təqaüdə layiq görülən tələbələri təbrik edib, təhsil və universitetin iictimai həyatında uğurlar arzu ediblər. Mərasimdə "Təbiyyat" fakültəsinin dekanı, dos.Ramiz Şəmmədov, “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, dos.Gülbəniz Əliyeva, LDU THT sədri Rəsul Rzayev iştirak ediblər.
“Adlı təqaüd”ə layiq görülən tələbələri təqdim edirik:
1.Əfruzzadə Afina Şahruz qızı-Təbiyyat fakültəsi, riyaziyyat və informatika müəllimliyi ixtisasının IV tədris ili tələbəsi
2.Zeynallı MƏhərrəm Namik oğlu-İqtisadiyuyat və idarəetmə fakültəsinin maliyyə ixtisası IV tədris ili tələbəsi.
Qeyd edək ki, “Adlı təqaüd”ün məbləği 300 manatdır.
Bu günkü tədbirdə eyni zamanda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının baş müəllimi Şəfa Bağırovaya Azərbaycan Təhsil İşçiləri Həmkarlar Komitəsinin keçirtdiyi “İlin istedadlı gənci” kimi layiq görüldüyü “Fəxri-fərman” və pul mükafatı təqdim olunub.
Mükafatçıları təbrik edirik!
Təbrik edirik!


Mənbə:
Paylaş: