Geri

02/06/22

Tibbi mövzuda maarifləndirici seminar.


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə tibbi mövzuda maarifləndirici seminar keçirilib.
Təbiyyat fakültəsinin müəllim və tələbələrinin qatıldığı tədbirdə LDU-nun Sosial məsələlər üzrə prorektoru, dos.Kamran Kazımov, Elm və innovasiyalar üzrə prorektoru dos.Elvin Əliyev çıxış edərək maarifləndirici seminarın olduqca əhəmiyyətli bir məsələyə həsr edildiyini bildiriblər, həmçinin, QİÇS xəstəliyini əsrin ən ağrılı problemi kimi dəyərləndiriblər.
Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi Lənkəran Regional laboratoriyasının müdiri Gülşən İsmayılova çıxışında QİÇS nədir, ondan necə qorunmaq olar və xəstəliyə yoluxmamaq üçün görüləcək vacib profilaktik tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.
Sonda mütəxəssis həkimlər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb, seminar iştirakçılarına maarifləndirici kitabçalar və bukletlər paylanılıb.

Tibbi mövzuda maarifləndirici seminar.


Mənbə:
Paylaş: