Geri

17/06/22

LDU-da ERASMUS+KA2 layihəsi üzrə məlumatlandırma tədbiri keçirilib.


17 iyun 2022-ci il tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən və Lənkəran Dövlət Universitetinin də (LDU) tərəfdaş olduğu ERASMUS+ KA2 proqramı çərçivəsində “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə məlumatlandırma tədbiri keçirilib.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsində ECAR layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, son illərdə təhsilin modernləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması istiqamətində LDU-da mühüm işlər görülüb, nəzərəçarpaq uğurlar qazanılıb.
Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov ECAR layihəsi çərçivəsində görülən işlərdən, xarici universetlərlə tərəfdaşlığın əhəmiyyətindən, qarşılıqlı səfərlərdə əldə edilən təcrübənin tədbiqindən ətraflı bəhs edib.
Layihənin koordinatoru Gülşən Bayramova layihənin əhəmiyyəti, məqsədi, yerli və Avropa partnyorları və yaradılacaq Rektorlar Konfransının Azərbaycanda ali təhsilin inkişafına verə biləcəyi tövfələr barədə iştirakçılara geniş məlumat verib. ERASMUS+KA2 layihəsinin Azərbaycan ali təhsil müəssisələrində əməkdaşlıq, əlaqə və şəbəkələşmə sahəsində mühüm nailiyyətlərə yol açdığını deyən kordinator iştirakçıları layihənin işində fəal iştirak etməyə, təşəbbüskar olmağa çağırıb.
Tədbir diskussiya şəraitində keçib, suallar cavablandırılıb.

LDU-da ERASMUS+KA2  layihəsi üzrə məlumatlandırma  tədbiri keçirilib.


Mənbə:
Paylaş: