Geri

04/07/22

Kollektiv gəzintinin xoş təəssüratı...


Lənkəran Dövlət Universitetinin (LDU) kollektivi hər ilki ənənəsinə sadiq qalaraq 2021/2022 tədris ilini də möhtəşəm gəzinti ilə yekunlaşdırdı. Universitetin rektoru, professor Natiq İbrahimov başda olmaqla proffesor-müəllim-işçi heyəti Lənkəranın dağlıq ərazisində salınmış “Cənnət məkan”a səfər etdi. Universitet rəhbərliyi və LDU Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi ilə təşkil edilmiş gəzintiyə kollektivin demək olar ki, bütün üzvləri qatılmışdı.
Talış dağlarının qoynunda salınmış “Cənnət məkan”da gəzməli, görməli çox şey vardı. Burda təbiətin bütün gözəllikləri vəhdətdə idi- dağı, dərəsi, meşəsi, gölü, bulağı, ən əsası, saf havası...Bir sözlə, istirahətin dadını çıxartmaq üçün “Cənnət məkan” ən düzgün seçim idi. İnsanların rahat istirahət etmələri, əylənmələri üçün də yaxşı şərait yaradılmışdı.
Cənub mətbəxinin ləziz təamları, bulaq suyundan dəmlənmiş çay, yay meyvələri, növbənöv çərəzlər hamının ürəyincə oldu. Kollektiv ifa olunan şux rəqslər, mahnılar, əyləncələr gəzintiyə bir oynaqlıq, rəngarənglik qatdı, bir ilin “yük”ünü, stresini atmağa yardımçı oldu.
Bir sözlə, gözəl bir gün oldu!


Kollektiv gəzintinin xoş təəssüratı...


Mənbə:
Paylaş: