Geri

07/07/22

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Qurban bayramı münasıbəti ilə LDU kollektivinə Təbriki.


Qurban bayramı İslam dünyasının ən müqəddəs bayramlarından biridir. Humanist dəyərlərə, ali insani hisslərə söykənən, dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Lənkəran Dövlət Universitetinin bütün kollektivini-professor-müəllim-tələbə-işçi heyətini ürəkdən təbrik edir, hamınıza ən səmimi, xoş bayram arzularımı bildirirəm.
Artıq 2 ildir ki, Azərbaycan xalqı Qurban bayramını azad olunmuş torpaqlarda- Qarabağda, Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda qeyd edir. Böyük Zəfər sevincini xalqımıza yaşadan şəhid oğullarımızı müqəddəs bayram günündə bir daha ehtiramla yad edir, ruhunuz şad olsun-deyir, qazilərimizə isə can sağlığı diləyirəm.
Böyük qürur hissi ilə bildirirəm ki, 44 günlük Zəfər savaşında LDU-nun məzunları, tələbələri, əməkdaşları da şərəflə döyüşdülər. Bu gün bizlərlə bir sırada çalışan vətənpərvər oğullarımıza bir daha minnətdarlıq bildirir, xoş bayram ovqatı arzulayıram.
Qoy bu nurlu bayram dünyamıza ilk növbədə sülh, əmin-amanlıq, salamatlıq, xoşbəxtlik gətirsin! Süfrələrinizin ruzisi heç zaman əskilməsin.. Kəsdiyiniz qurbanlar qəbul, etdiyiniz dualar çin olsun.
Qurban bayramınız mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Qurban bayramı münasıbəti ilə LDU kollektivinə Təbriki.


Mənbə:
Paylaş: